Ümidim yox, ürəyim hər kəsdən küskün,
Gülürəm hər kəsə, xəbərsizdirlər dərdimdən…
Hamı üçün Allahdan möcüzələr diləyirəm,
Amma özümə gəlincə, hər şey sanki qıfıllanır…
Hamının dərdinə məlhəm oluram,
Öz yarama toxunmağa gücüm yox…
Nədən gəldim bu dünyaya?
Hamı yaşayır, mən baxıram…
Gülüşlər var üzlərdə,
Mən gizlənirəm öz ahımdan…
Hamı kef içində içib-gülərkən,
Mən siqareti siqaretə, tüstünü dumana,
Dərdi tənhalığa calayıram…
Mən çoxdan özümü bitmiş sanırdım,
Ölüm bir dəfə olar,
Sevən adam hər gün ölər…
Nə vaxt bitəcək bu yalan dünya?
Yorğunam hər kəsdən…
İyirmi neçə ildir bu dünyada yaşayıram,
Amma bir dəfə də olsun ürəkdən gülməmişəm,
Dəfələrlə ürəkdən ağlamışam…
Gecələr hamı yatanda, mənim günüm başlayır,
Neçə ildir rahat yuxuya həsrətəm…
Bir gün susacaq içimdəki bu fəryad,
Bəlkə onda ürəyim rahatlıq tapar…